Lukaşenko Paşinyanı “topa tutdu“: “Onlar niyə burdadır?”

2022-11-24 09:44:00

Lukaşenko Paşinyanı “topa tutdu“: “Onlar niyə burdadır?”

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün bütün səylərin göstərilməsini zəruri hesab edir. Mövcud çağırışlar və təhdidlərdən danışan Lukaşenko bəyan edib ki, belə olan təqdirdə KTMT-də də çətin vəziyyət yaranır.

Hurriyyet.az xəbər verir ki, Belarus prezidenti bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın ittihamlarına cavab verərkən deyib.

“Oktyabrın 28-də Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında dediklərimi təkrar edirəm. Biz iki qonşu və dost dövlətimiz (Ermənistan və Azərbaycan - red.) arasındakı münaqişənin sülh yolu ilə həllini istəyirik”, – deyə Lukaşenko KTMT Kollektiv Təhlükəsizlik Şurasının kiçik sessiyasında bildirib.

Belarus rəhbəri Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistanın KTMT-yə üzvlüyünün Azərbaycanla münaqişəyə mane olmadığı barədə səsləndirdiyi bəyanatına şərh verib.

“Düşünürəm ki, mən hər kəsin fikrini bildirəcəyəm... Kimisə geri çəkmək bizim işimiz deyil”, – Lukaşenko əmin edib.

O xatırladıb ki, hazırda Rusiya Federasiyası bu məsələdə həm Ermənistan, həm də Azərbaycanın razılaşdığı vasitəçilik missiyasını həyata keçirir. Lukaşenko bu istiqamətdə hərəkət etməyi və insanların ölməməsi üçün hər şeyi etməyi təklif edib. Onun fikrincə, bu, həm Ermənistan, həm də Azərbaycan cəmiyyəti tərəfindən müsbət qarşılanacaq.

“Bəli, Nikol Vovaeviç, nüanslar var. Və bəlkə də ciddi nüanslardır bunlar. Amma yenidən alovlana biləcək bu münaqişəni biz indi əsaslı şəkildə həll edə bilərik. İlk növbədə, Ermənistan rəhbərliyinin tələbi ilə və təbii ki, Azərbaycan rəhbərliyi ilə də. Yeri gəlmişkən, bu barədə danışacağam. Bu, Belarus prezidenti olaraq mənim prioritetlərimdən biridir, biz buna göz yummamalıyıq, bu problemi həll edib-etməməyimizdən asılı olmayaraq, bu, hər bir dövlət başçısının diqqətində olmalıdır”, – Belarus rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, ermənilər onlara yad deyillər və Belarus onlara dəstək olmaq istəyir. Amma bu baxımdan, ilk növbədə, Ermənistan tərəfdən hərəkat olmalıdır. Eyni zamanda o, münaqişənin həllində Aİ və ATƏT-in rolu ilə bağlı çaşqınlığını ifadə edib.

“Ancaq bu baxımdan başa düşmürəm, bəlkə kimsə izah edəcək ki, niyə vasitəçiliklə məşğul olan Rusiya ilə yanaşı, Avropa İttifaqı və ATƏT də müttəfiqlərimizin münasibətlərinə daha çox qarışmaq üçün buradadır? Tarixdə həmişə belə olub. Bu cür “vasitəçilik”in nəyə gətirib çıxardığını bilirik. Sadəcə olaraq, bu münaqişə ən azı uzun illər yenidən dondurulacaq. Onlara regionumuzda sabitlik və sülh lazım deyil, onların nəzarətində olan dağıntılar lazımdır”, – Lukaşenko hesab edir.

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.111121