Saat:16:12
Haqqımızda

Lukaşenko məndən üzr istəyib - Zelenski

2025-01-07 21:43:32

Lukaşenko məndən üzr istəyib - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski iddia edib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko, Rusiya-Ukrayna müharibəsinin ilk günlərində ondan üzr istəyib.

ABŞ-nin tanınmış podkast aparıcısı Lex Fridmana müsahibə verən Zelenski, müharibənin başlamasından iki-üç gün sonra Lukaşenko ilə telefon danışığı apardığını bildirib.

O qeyd edib ki, Lukaşenko ona: “Bu mənim günahım deyil. Raketlər mənim ərazimdən atılıb, amma bunu edən Putin idi. Şahidlərim var, üzr istəyirəm”, - deyib.

Zelenski, Lukaşenkonun Rusiyaya qarşı addım ata bilməyəcəyini dediyini vurğulayıb. Ukrayna lideri buna cavab olaraq Lukaşenkoya: “Bu müharibədir. Belarus ərazisindən bizim torpaqlara raket atılıb. Buna necə icazə verdiniz?”, - sualını verdiyini açıqlayıb.

Lukaşenkonun isə buna cavab olaraq: “Yaxşı, o zaman cavab verin. Mozyr Neftayırma Zavodunu vurun. Bunun nə qədər önəmli olduğunu bilirsiniz.” dediyini əlavə edib. \\Redaktor.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.230079