Saat:03:49
Haqqımızda

Lukaşenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar

2024-05-16 16:12:35

Lukaşenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar

Azərbaycanda dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Hurriyyet.az xəbər verir ki, Belarus Prezidenti ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

***

Dövlət başçısı, həmçinin Şəhidlər xiyabanını ziyarət edib.

Aleksandr Lukaşenko Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.



1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.177361