Lukaşenko Ermənistana xəbərdarlıq etdi
"Torpaq hamıya çatar"
Hurriyyet.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanla xoş münasibətlərin saxlanılması tərəfdarı olduğunu bildirib. O, Belarusda yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşü zamanı deyib: "Bütün çətinliklərə baxmayaraq, biz Ermənistanla keçmişdəki xoş münasibətlərimizi saxlamalıyıq. Münasibətlərin pisləşməsində biz günahkar deyilik. Biz həmişə ermənilərə kömək eləmişik və onlarla yaxın dostlar kimi əməkdaşlıq eləmişik. Lakin, təəssüf ki, onlar Qərbə, Aİ-yə gedən yolu tutublar. Biz Qərblə əməkdaşlığın əleyhinə deyilik. Lakin onların siyasətinə bir nəzər salın. Sabah ABŞ-da hakimiyyətə yeni rəhbərlik gələndə hər şey dəyişə bilər. Onlara etibar yoxdur".
Likaşenko ənənəvi tərəfdaşlarla münasibəti itirməməyi, nəqdi qoyub nisyə ardınca düşməməyi tövsiyə edib: "Əlinizdə olanı əldən verməyin. Əlinizdə olan arıquşu, səmadakı durnadan yaxşıdır. Bu, dostluq, qardaşlıq, vahid iqtisadi bazar və qarşılıqlı yardımdır. Bunu itirəndən sonra Qərbdə heç nə tapa bilməyəcəksiniz".
Lukaşenko qeyd edib ki, Ermənistanın seçiminə baxmayaraq, Belarusda erməni diasporuna xoş davranışın davam etdiyini bildirib: "Siz mənim üçün daha erməni deyilsiniz, siz belarussunuz, bizim vətəndaşlarımızsınız".
Lukaşenko Belarusun milliyyətindən asılı olmayaraq ölkəyə gələnlərin hamısını dəstəkləməyə hazır olduğunu bildirib: "Biz sizi ailəmizə qəbul eləməliyik, sizə işləmək və pul qazanmaq imkanı təmin etməliyik. Gəlin, işləyin. Torpaq hamıya çatar".
Hürr Tərcüman