Lukaşenko: "Dərhal nüvə zərbəsi endirəcəyik"
Hurriyyet.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko NATO-nun Belarusa hücum edəcəyi təqdirdə, dərhal nüvə silahından istifadə ediləcəyini bəyan edib. O, ölkənin dövlət sərhədinin pozulmasının "qırmızı xətt" kimi qəbul ediləcəyini, bundan sonra dərhal nüvə zərbəsi endiriləcəyini söyləyib.
Lukaşenko deyib: "Dövlət sərhədi - qırmızı xəttimizdir. Onu pozsalar - həmin dəqiqə cavab veriləcək. Biz buna hazırlaşırıq. Bu barədə dürüst və açıq danışıram".
Lukaşenko 17 sentyabrdakı çıxışında da Belarusa hücumun III Dünya müharibəsinin başlanğıcı olacağını dediyini xatırladıb. Onun sözlərinə görə, Putin nüvə doktrinasına dəyişiklik etməklə, Rusiya və ya Belarusa hücumun nüvə zərbəsi ilə cavablanacağını təsdiqləyib: "İstəyir NATO olsun, istər amerikalılar və ya polyaklar - onlar bizə hücum edən kimi biz nüvə silahından istifadə edirik və Rusiya bizim tərəfimizdən münaqişəyə qoşulur".
Hürr Tərcüman