Saat:10:10
Haqqımızda

Lukaşenko Bakı ilə İrəvanın gələcəyindən narahatdır

2023-11-20 14:23:16

Lukaşenko Bakı ilə İrəvanın gələcəyindən narahatdır

Hurriyyet.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatının Baş katibi İmanqali Tasmahambetov ilə görüşündə postsovet məkanının,o cümlədən KTMT-nin məsuliyyət dairəsində olan zonanın münaqişələrin alovlandığı çətin dövrdən keçdiyini bildirib. Bu barədə məlumatı Belarus Prezidentinin mətbuat xidməti verib.

Lukaşenko KTMT-nin noyabrın 23-də keçiriləcək yekun sessiyasından danışarkən deyib: “Ümid edirəm ki, Minskdə, hərbi-siyasi təşkilat çərçivəsində keçiriləcək bu görüş KTMT üzvlərinin müdafiəsi və təhlükəsizliyi üçün səylərimizi gücləndirməyə yardım edəcək”.

Belarus Prezidenti Orta Asiyada Düşənbə ilə Bişkek arasında münaqişəli vəziyyətin həll edildiyini xatırladıb. Lukaşenko deyib: “İndi Ermənistan ilə Azərbaycanın gələcəyi barəsində, bu iki dövlətdə həyatı necə qurmaq barəsində düşünmək lazımdır”.

 Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.576524