Lotu Quli Mənsimova zəng edib nə istəmişdi? - Sensasion açıqlama

2022-05-04 14:16:00

Lotu Quli Mənsimova zəng edib nə istəmişdi? - Sensasion açıqlama

“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov kriminal avtoritet Lotu Quli ilə aralarında olan toqquşma haqda danışıb.

Hurriyyet.az xəbər verir ki, M.Mənsimov 2018-ci ildə Lotu Qulinin ona telefonla zəng etdiyini bildirib.

“Zəng edib, Lotu Quli olduğunu dedi, bildirdi ki, onun dostları haqda mənfi şeylər danışmamasını istəyir. Mən soruşdum ki, kimdir onun dostu? Anar (Anar Əlizadə - SOCAR-ın xarici ölkələrdə, xüsusilə Türkiyədəki fəaliyyətindən qeyri-rəsmi məsul olan şəxs, mediada yayılan iddialara görə, R.Abdullayevin qohumu olan A.Əlizadə korrupsiya əməliyyatlarının başında durur və milyarderdir – red.) olduğunu söylədi. Mən isə leksikonumda olan bütün söyüşləri ona ünvanladım. Bundan sonra Lotu Quli anladığını dedi və təşəkkür edib sağollaşdı”, - M.Mənsimov Xural TV-yə geniş müsahibəsində deyib.

Əlavə edək ki, bu sözlərdən M.Mənsimovun Lotu Qulini deyil, Anar Əlizadəni söydüyü təsəvvürü yaranır.

M.Mənsimov Lotu Qulinin heç kim olduğunu, xüsusilə böyük şirkət sahiblərinin yaxınlığına belə düşə bilmədiyini də qeyd edib. Bu hadisədən sonra isə əmniyyətə şikayət etdiyini də xatırladıb və Lotu Qulinin deportasiya olunmasında rolunun olduğunu ilk dəfə etiraf edib.

Qeyd edək ki, Lotu Quli Türkiyədən 2020-ci ilin yanvarında deport olunsa da, qısa müddət sonra qanunsuz olaraq geri qayıda bilmişdi və azərbaycanlı məmur Kərəm Həsənovun Antalyadakı otelində yerləşdirilmişdi. Lotu Qulinin o oteldə təmənnasız olaraq saxlanılması və gizlədilməsi mediada ciddi müzakirə mövzusu da olmuşdu.

Sonradan isə Lotu Qulinin Mübariz Mənsimovu öldürmək üçün Türkiyəyə qaytarıldığı haqda iddialar yayılmışdı.

M.Mənsimov belə bir iddianı da sözügedən müsahibəsində təsdiqləyib. O bildirib ki, türmədə olduğu zaman Sedat Pekərin vəkili onunla görüşüb və kömək təklif edib. M.Mənsimov köməyə ehtiyac olmadığını bildirəndə isə vəkil ona Lotu Qulinin ölkəyə qayıtdığı və onu öldürmək üçün hazırlıqlara başladığı haqda məlumatlar olduğunu bildirib və mühafizəsini gücləndirməsini tövsiyə edib.

Buna baxmayaraq, M.Mənsimov Lotu Qulinin qətlinə təəssüfləndiyini bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya