Saat:11:36
Haqqımızda

Los-Ancelesdə erməni saxlanıldı: Azərbaycana deportasiya olunacaq

2025-12-03 10:55:39

Los-Ancelesdə erməni saxlanıldı: Azərbaycana deportasiya olunacaq

Los-Ancelesdə Deportasiya və Saxlamalara Nəzarət İdarəsi (U.S. Immigration and Customs Enforcement – ICE/ERO) Azərbaycanda doğulmuş 45 yaşlı Rafael Vladimiroviç Sərkisyanın saxlanılması barədə məlumat yayıb.

Hurriyyet.az Bakupost.az-a istinadla xəbər verir ki, Sərkisyan noyabrın 25-də həbs edilib. Hüquq-mühafizə orqanlarının X sosial şəbəkəsində bildirdiyinə əsasən, o, daha əvvəl nəzarət olunan maddə istehsalı, tikiliyə od vurma və heyvanlara qarşı qəddar rəftar ittihamları üzrə təqsirli bilinib.

ICE-in məlumatına görə, doğulduğu ölkə – Azərbaycana deportasiya olunacaq Rafael Sərkisyan hazırda Kaliforniyada nəzarət altındadır. O, “Adelanto Detention Facility” saxlanma mərkəzində saxlanılır.

Sərkisyan hazırda deportasiya prosedurunu gözləyir.