“Loqoped uşağın ayaqlarını öz ayaqlarının arasında sıxıb tuturdu ki…” - ŞOK AÇIQLAMA

2022-09-05 21:30:00

“Loqoped uşağın ayaqlarını öz ayaqlarının arasında sıxıb tuturdu ki…” - ŞOK AÇIQLAMA

“İllər əvvəl freelance loqoped kimi işləyəndə bəzi mərkəzlərdə autizmli uşaqlara fiziki əziyyət verib apardıqları 'loqopedik iş'i görmüşdüm. Loqoped uşağın ayaqlarını öz ayaqlarının arasında sıxıb tuturdu ki, uşaq tərpənməsin. İstədiyi səsi deməyəndə, üzünə baxmayanda da qolunu çimdikləyirdi. Uşağın qolunda çoxlu qara ləkələr vardı. Təəssüf ki, valideyn də bunu dəstəkləyirdi, “təki uşağım mən çağıranda mənə baxsın, danışsın”. “Facebook”da autizmli uşaqların reabilitasiya qrupu, yoxsa səhifəsi vardı. Mütəxəssisin biri yazmışdı ki, ona autizmli uşağını gətirən valideynə başından deyir ki, “bu uşaqdan sənə adam olmaz, əlini üz”. Mən şok olmuşdum. Nə yazdımsa, xeyri olmadı. Dedi ki, mənim kimi “ananın başına torba tikməkdənsə” onun kimi “birbaşa səmimi” demək daha yaxşıdır. Dəhşətlisi də odur ki, valideynlər arasında ona inanan daha çox olurdu…”

Hurriyyet.az-ın xəbərinə görə, bunu jurnalist Elnarə Məmmədova bildirib.

“Belə videoların ortaya çıxmasına, qınaqların bu qədər olmasına çox sevinirəm. Bəlkə indi valideynlər düzü əyridən seçər. Mütəxəssislər də illərdir tətbiq etdikləri metodun adının işgəncə olduğunu başa düşər” – E.Məmmədova qeyd edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056711