London Kiyevə yardımı 1 milyard funt sterlinq artıracaq
2022-06-30 13:48:00
Hurriyyet.az xəbər verir ki, “Döyçe Velle” nəşrinin yazdığına görə, London hökumətinin Kiyevə 1 milyard funt sterlinq (1,2 milyard avroya yaxın) həcmində əlavə yardım ediləcəyi bildirilir. Bu barədə açıqlamanı Britaniyanın Baş naziri Boris Consonun bu gün NATO-nun Madriddəki sammitində verəcəyi gözlənilir.
Britaniya hökuməti 1milyard funt sterlinq vəsait əlavə eləməklə Ukraynaya yardımı demək olar ki, iki dəfə artıracaq. London Kiyevə HHM sistemləri, dronlar, radioelektron mübarizə üçün avadanlıq göndərəcək.
Dauninq-stritin məlumatına görə, Böyük Britaniya Ukraynaya ümumilikdə 2,3 milyard funt sterlinq dəyərində hərbi yardım göndərməyi vəd edib.
Hürr Tərcüman