Saat:11:39
Haqqımızda

Liviyanın qalmaqallı ordu komandanı Xəlifə Haftar prezidentlik yolunda...

2021-09-23 14:37:00

Liviyanın qalmaqallı ordu komandanı Xəlifə Haftar prezidentlik yolunda...

Liviya Milli Ordusunun (LNA) komandanı Xəlifə Haftar vəzifəsindən istefa verərək general-polkovnik Abdel Razzak əl-Nazurini “LNA”nın rəhbəri vəzifəsinə təyin etdi.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Kirill Semyonov “VZGLYAD” qəzetinə verdiyi müsahibədə bildirir ki, Haftarın ordu komandanı vəzifəsindən istefa verməsi Liviya prezidentliyinə namizədliyini irəli sürməsinə imkan verəcək. “Dövlət başçısı postuna namizəd olmaq istəyən hər kəs səsvermədən üç ay əvvəl vəzifədən istefa verməlidir. Seçki 24 dekabra planlaşdırılır və Haftar bu seçkidə iştirak edə biləcək. Belə ki, feldmarşal siyasi səhnədən ayrılmır", Semyonov deyir.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR