Liviyadakı iğtişaşlarda 12 nəfər ölüb

2022-08-27 23:07:00

Liviyadakı iğtişaşlarda 12 nəfər ölüb

Liviyanın paytaxtı Tripolidə baş verən qarşıdurmalarda azı 12 nəfər ölüb.

Bu barədə şənbə günü ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, daha 87 nəfər xəsarət alıb.

Qeyd olunur ki, təcili yardım maşınları iqtişaşların olduğu ərazilərə daxil ola bilməyib, 6 xəstəxanaya ziyan dəyib.

Qeyd edək ki, paytaxtdakı qarşıdurmalar şənbə gününə keçən gecə başlayıb. Abdel Hamid Dbeybanın başçılıq etdiyi Tripoli hökuməti rəqib baş nazir Fəthi Başağanı paytaxtı ələ keçirməklə hədələməkdə ittiham edib. Başağa hökuməti də öz növbəsində Dbeyba hökumətinin “hakimiyyətdən bərk yapışdığını” və qeyri-legitim olduğunu bildirib. \\Oxu


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057063