Liviyada sel fəlakətinin minlərlə qurbanı var - VİDEO
2023-09-12 09:36:14

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Liviyanın şərqində son 40 il ərzindəki ən güclü yağışlardan sonra baş verən sel fəlakətində 2 min nəfərdən artıq insan həlak olub.
Liviyanın şərqindəki hökumətin Baş naziri Usame Hammad jurnalistlərə açıqlamasında Derne şəhərində selin qurbanlarının sayının artıq 2 min nəfəri keçdiyini bildirib.
Liviyanın şərqindəki hökumətin ilkin açıqlamasında Derne şəhərində güclü leysanlardan sonra yaranmış selllərin 1500 nəfərin ölümünə, 7 min nəfərin itkin düşməsinə səbəb olduğu bildirilmişdi.
Şəhərin bir çox tikililəri suyun altında qalıb, yollar dağılıb.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya