"Liverpul"un əfsanəsi: "Kazemiro heç vaxt böyük futbolçu olmayıb"

2022-08-23 21:35:00

Dünən axşam "Old Trafford"da "Mançester Yunayted" tərəfindən ictimaiyyətə təqdim olunan Kazemiro İngiltərəyə gələr-gəlməz böyük təzyiqlə qarşılaşıb.

Bu transfer pəncərəsinin səs-küylü transferlərindən biri olan braziliyalı haqqında "Liverpul"un əfsanəsi Qrem Suness şok fikirlər səsləndirib.

O, 30 yaşlı Kazemiro haqqında belə deyib:

"Kazemiro böyük oyunçu deyil və heç vaxt da olmayıb. Sadəcə, o, fantastik futbolçularla oynadı. Ola bilsin, "Mançester Yunayted"in yarımmüdafiəsinin həmişəkindən bir az daha möhkəm görünməsinə kömək edəcək. Ancaq onun son ötürmə və ya buna bənzər bir şey etmək üçün kifayət qədər səriştəli olduğunu düşünmürəm. Heç vaxt Kazemironu meydanda izləməyi səbirsizliklə gözləmirdim. Kərim Benzema və "Real"ın digər oyunçuları qədər qədər rəğbət bəsləməmişəm. Heç vaxt belə düşünməmişəm: "Bu gün Kazemironun oyununu izləmək üçün həyəcanlıyam". Onun 30 yaşı var. "Mançester Yunayted" onun üçün 80 milyon avro ödəyib. Bu, Kazemiro üçün çox böyük məbləğdir”.

Qeyd edək ki, 69 yaşlı Suness altı il "Liverpul"da çıxış edib və "qırmızılar"ın heyətində 250 oyuna çıxıb. \\Fanat.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062440