Livandakı səfirliyimiz fəaliyyətini dayandırıb?
2024-09-24 13:15:12
Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir.
Hurriyyet.az xəbər verir ki, bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
O bildirib ki, Livanda ümumiyyətlə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı azdır:
“Baş verən hadisələrdə yaralanan və ölənlər arasında azərbaycanlıların olub-olmaması barədə xəbər yoxdur”.
Qeyd edək ki, sentyabrın 23-də İsrail ordusu paytaxt Beyrut daxil olmaqla, Livana hava hücumları həyata keçirib. Nəticədə ölənlərin sayı 492-yə çatıb, azı 1645 nəfər xəsarət alıb.