Livanda ratsiya partlayışları peycer partlayışlarından daha ölümcül olub
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Livanda elektron avadanlıqların növbəti - artıq ikinci partlayış dalğası əvvəlkindən daha ölümcül olub. Livanın Səhiyyə nazirliyinin məlumatına görə, ratsiya partlayışları peycer partlayışlarından daha ağır zədələr törədib.
Səhiyyə naziri vəzifəsini icra edən Firas Abyadın sözlərinə görə, Livanda kütləvi zərbələr seriyasının qurbanlarının sayı xeyli arta bilər. O, IC-V82 ratsiyalarının partlamasının peycerlərin partlamasına nisbətən daha ciddi yaralar doğurduğunu izah edib: "İkinci partlayış dalğasının doğurduğu yaralar çərşənbə axşamı xəstəxanalara daxil olanların aldıqları peycer partlayışı yaralarından daha dərin və daha təhlükəlidir. Həkimlər insanları xilas eləmək üçün bütün güclərini sərf edirlər".
Abyad vəziyyətlə əlaqədar Livanda qıtlaşan dərmanları göndərdikləri üçün İordaniya, İraq və İran dövlətlərinə təşəkkürünü bildirib. Onun verdiyi məlumata görə, artıq 14 nəfər həlak olub, azı 450 nəfər yaralanıb.
Xatırladaq ki, bir gün əvvəlki peycer partlayışları nəticəsində 10 nəfər yetkin insan və 2 nəfər uşaq həlak olmuş, 2,8 min nəfər yaralanmışdı. Bir çox insanlar partlayış nəticəsində kor olublar.
Hürr Tərcüman