Litvanın xarici işlər naziri İvanişviliyə qarşı çıxış edib

Litva Aİ-dən İvanişviliyə qarşı sanksiyalar qoyulmasını tələb edib
Hurriyyet.az "Yevropeyskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Litvanın xarici işlər naziri Kyastutis Budris Avropa İttifaqını ABŞ-dan nümunə götürərək gürcü oliqarx İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Nazir özünün X səhifəsində bu barədə yazıb: "Nəhayət, ABŞ Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etdi. O, artıq Litva, Latviya, Estoniya və Ukraynanın sanksiya siyahılarına daxil edilib". Onun fikrincə, artıq Aİ rəhbərliyi və üzv ölkələr də eyni addımı atmalıdırlar.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski də Avropa dövlətlərinə belə bir çağırış edib.
Bidzina İvanişvili Gürcüstanın hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının fəxri sədridir.
Hürr Tərcüman
