Litvanın daxili işlər naziri prokurorluqda Prezidentə qarşı iddia qaldırıb
2024-04-24 15:29:29

Hurriyyet.az xəbər verir ki, Litvanın daxili işlər naziri Aqe Bilotayte Baş Prokurorluğa ölkə Prezidenti Qitanas Nausedudan şikayət ərizəsi ilə müraciət edib.
"Sputnik - Yaxın Şərq" agentliyinin məlumatına görə, siyasətçi Leonid Volkova hücumda şübhəlilərin həbsi barəsində xəbəri Litva Prezidentinin DİN-dən əvvəl verməsi xanım Bilotaytenin xoşuna gəlməyib. Nazirin fikrincə, prezident məsuliyyətsiz davranıb və məhkəmədən əvvəlki təhqiqata zərər vura bilər.
Aprelin 19-da Nauseda bəyan etmişdi ki, Aleksey Navalnının keçmiş tərəfdaşı Leonid Volkova Vilnüsdə hücum etməkdə şübhəli bilinən iki nəfər Polşada saxlanılıb. Saxlanılan şəxslər Litva dövlətinə təhvil veriliblər.
Hürr Tərcüman
