Litvada irimiqyaslı təlimlər keçiriləcək
2024-04-23 19:40:22

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 4-12 iyun tarixlərində Litvada keçiriləcək "Baltops" beynəlxalq hərbi təlimlərində müxtəlif ölkələrdən olan 10 min nəfərə yaxın hərbçinin iştirak edəcəyi gözlənilir.
Litvanın müdafiə maziri Laurinas Kasçyunasın sözlərinə görə, bu, ölkə ərazisində indiyə qədər keçirilmiş ən irimiqyaslı təlimlərdir.
Təlimlərdə, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və digər Avropa ölkələrinin gəmiləri iştirak edəcəklər.
Hürr Tərcüman
