Saat:02:34
Haqqımızda

Litva parlamenti Gürcüstanı yeni parlament seçkiləri keçirməyə çağıran qətnamə qəbul edib

2024-12-06 12:32:02

Litva parlamenti Gürcüstanı yeni parlament seçkiləri keçirməyə çağıran qətnamə qəbul edib

Litva parlamenti Gürcüstanı yeni parlament seçkiləri keçirməyə çağıran qətnamə qəbul edib. Qətnamənin lehinə 109 deputat, əleyhinə isə 1 nəfər səs verib.

Həmçinin qətnamədə:

Aİ və onun üzv dövlətlərini Gürcüstan hökuməti və parlamenti ilə rəsmi təmasları məhdudlaşdırmağa çağırır;

Aİ-ni Gürcüstan hökumətinə maliyyə dəstəyini dayandırmağa, vətəndaş cəmiyyəti və mediaya dəstəyi artırmağa çağırır;

oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı beynəlxalq təhqiqatın aparılması çağırışını dəstəkləyir;

Aİ-ni etirazların yatırılmasına görə məsuliyyət daşıyan Gürcüstan rəsmilərinə və siyasi liderlərinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırır.

Ülviyyə, Hurriyyet.az