Litva Belarusla sərhədlərini bağlamağa başlayıb

2023-08-16 18:06:00

Litva Belarusla sərhədlərini bağlamağa başlayıb

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Litva hökuməti 18 avqust tarixindən etibarən Belarusla sərhəddəki iki keçid məntəqəsini – Tverets və Sumsk məntəqələrini bağlamağı qərara alıb. Litva Milli Teleradio Şirkətinin verdiyi məlumata görə, səhrədlərin tamamilə bağlaması barəsində təfərrüatlar Polşada müzakirə ediləcək.

Xəbərdə bildirilir ki, Litvanın Daxili İşlər naziri Aqne Bilotayte Baltikyanı ölkələrlə Polşanın Belarusla olan sərhədlərini tamamilə bağlama ehtimalını müzakirə etdiklərini və təfərrüatların 28 avqust tarixində dəqiqləşdiriləcəyini bəyan edib.

Sərhəd məntəqələrinin bağlanması qərarı Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin Belarusdakı varlığından getdikcə daha çox narahatlıqlıq doğurduğu bir dövrdə verilib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.102078