Saat:05:21
Haqqımızda

Liman itirildi, Kadırov nüvə zərbəsi endirməyi təklif elədi

2022-10-02 09:40:00

Liman itirildi, Kadırov nüvə zərbəsi endirməyi təklif elədi

Hurriyyet.az “Türkrus” portalına istinadla xəbər verir ki, Çeçenistanın lideri Ramzan Kadırov Rusiyanın Müdafiə Nazirliyinin “mühasirə təhdidi səbəbindən qüvvələrin Krasnı limanından geri çəkildiyini” bildirdikdən  dərgal sonra sosial şəbəkədə açıqlama verib.

Kadırov öz “Teleqram” kanalında yazıb: “Krasnı limanda baş verənlərlə bağlı səssiz qala bilmərəm”. Kadıov  Rusiya qərhəmanı medalı almış general Aleksandr Lapinin Rusiya qüvvələrinin limandan geri çəkilməsinə görə məsuliyyət daşıdığını, onun mükafatlarından və rütbəsindən məhrum edilməli olduğunu bildirib.

Kadırov yazıb: “Mənim şəxsi fikrimcə, daha qəti tədbirlər görmək lazımdır – sərhəd rayonlarda hərbi vəziyyət elan edilməli, kiçik nüvə silahlarından istifadə edilməlidir. Hər bir qərarı qəbul edəndə Qərb-Amerika birliyinə sarı boylanmaq lazım deyil – bu birlik onsuz da bizim əleyhimizə çox şey deyib və edib”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR