Saat:15:21
Haqqımızda

Liderlər “Laçınım”ı dinlədilər - Video

2025-05-29 09:19:31

Liderlər “Laçınım”ı dinlədilər - Video

Laçında Həkəri çayı sahilində 28 May - Müstəqillik Gününə həsr edilən konsert keçirilib. Konsert Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin iştirakı ilə baş tutub.

Hurriyyet.az-ın AzTV-yə istinadən məlumatına görə, konsertdə liderlər mərhum müğənni Məhəbbət Kazımovun “Laçınım” mahnısını dinləyiblər.

Qeyd edək ki, Məhəbbət Kazımov 1953-cü ildə Laçının Çorman kəndində anadan olub. Ömrünün 22 ilini Laçın həsrəti ilə yaşayan sənətçi “Laçınım” mahnısı ilə tanınıb.

1998-ci ildə yazılan mahnının sözləri Osman Alovluya, musiqisi və ifası Məhəbbət Kazımova məxsusdur. Müğənninin ən böyük arzusu Laçına qayıtmaq və bu mahnını doğma yurdunda ifa etmək olub. Lakin Məhəbbət Kazımov 2014-cü il yanvarın 27-də uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Sözügedən görüntüləri təqdim edirik:

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.276698