Saat:22:35
Haqqımızda

Leyla Talıbova necə hakim oldu?

2021-11-30 13:15:00

Leyla Talıbova necə hakim oldu?

Xətai rayon Məhkəməsində hakim fəaliyyətinə başlamaqla hüquq öyrənməyə başlayan Talıbovanın çıxardığı qərarları, yazdıqlarını nə özü oxuya bilir, nə katibi, nə də vətəndaşlar...

Dəhşətlisi odur ki, Leyla Talıbova bir gün belə hüquq sahəsində işləmədiyi halda, universitet diplomunu aldıqdan  14 il keçdikdən sonra, 2008-ci ildə birdən-birə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin hakimi təyin edilmişdir...

Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsinin tələbinə görə, Prezident məhkəmə hakimlərinin  vəzifəyə təyin edilməsi və vəzifələrindən azad edilmələri  haqqında Milli Məclisə təqdimat verir və Azərbaycan  Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir. Bu səlahiyyətlər Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə verilmişdir. Bunu bilirsiniz.

Deputatlar Milli Məclisə təqdimatda gostərilən vəzifəyə təyin ediləcək və yaxud da vəzifəsindən azad ediləcək hakimlərin barəsində məsələyə baxır və səs çoxluğu ilə qərar qəbul edirlər. Bu kimi səlahiyyətlər isə Konstitusiya ilə Milli Məclis üzvlərinin səlahiyyətinə verilmişdir. Bunu da yaxşı bilirsiniz.

Məlum məsələdir ki, cənab Prezidentin vəzifəyə təyin edilməsi üçün barəsində təqdimat verdiyi şəxslərin hər biri ilə ayrı-ayrılıqda tanış olması və yaxud da onların şəxsi işləri ilə tanış olması vaxt baxımından mümkün deyildir. Ancaq hakimliyə namizəd şəxslərin şəxsi işlərinin hazırlanmasını təşkil edən vəzifəli şəxs isə, Prezident yanında nə qədər etibarlı şəxs olmasına baxmayaraq, yenə də Konstitusiyada nəzərdə tutulan qaydada hakimlərin vəzifəyə təqdim edilməsi məsələsini deputatların müzakirəsinə buraxır. Lakin deputatlar YA SAVADSIZLIQDAN, YA VƏZİFƏ SƏLAHİYYƏTLƏRİNİ BİLMƏDİKLƏRİNDƏN, YA DA BİLƏRƏKDƏN təqdimatda vəzifəyə təyin ediləcək bütün şəxslərin səsçoxluğu ilə vəzifəyə təyin edilməsinin lehinə səs verirlər. Beləliklə də Prezidenti aldadırlar.

Çünki bir nəfər deputat qalxıb demir ki, filan şəxsin keçdiyi həyat yolu - şəxsi işi həmin şəxsin hakim vəzifəsinə təyin edilməsinə imkan vermir, belə şəxsi məhkəməyə təyin etməklə qanunun tələblərini pozuruq. Bu şəxin, ŞƏXSİ İŞİ PREZİDENTƏ YALNIŞ TƏQDİM EDİLMİŞDİR və s.

Belə olan halda Leyla Talıbova kimi şəxslər hakim vəzifəsinə təyin edilə bilməzdi. Cənab Prezidentin də hər şeydən xəbəri olar və deputat korpusunun da ayıq-sayıq işlədiyini, normal  qərar qəbul etdiyini düşünərdi.

Tərəfimdən aparılmış araşdırma zamanı məlum olmuşdur ki,  Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin hakimi Leyla Talıbova  məndən (Abdullayev Böyükağa Abdulla oğlundan )  fərqli olaraq, orta məktəbi bitirdikdən sanra həmin ili ali məktəbə daxil ola bilməmişdir. Bunu hakim Leyla Talıbovanın doğulduğu tarix (1971-ci il) və universiteti bitirdiyi (1994-cü il) tarixi təsdiq edir. Ya da tarixlər deməyə əsas verir ki, Leyla  Talıbova illərlə ya sinfdən-sinfə, ya da kursdan-kursa keçə bilməmişdir. Üstündən müəyyən müddət, neçə illər keçdikdən sonra universiteti bitirmişdir.

Məhkəmənin hakimi Leyla Talıbovanın unversitetin diplomunu 1994-cü ildə əldə etməsinə baxmayaraq, o, 10 il heç yerdə işləməmişdir. Belə ki, 2004-2008-ci illərdə Dövlət Sosial Müdafi Fondunun Qaradağ rayon Şöbəsində qeyri-ixtisas üzrə məsləhətçi işləmişdir.

Dəhşətlisi odur ki, Leyla Talıbova bir gün belə hüquq sahəsində işləmədiyi halda, universitet diplomunu aldıqdan  14 il keçdikdən sonra, 2008-ci ildə birdən-birə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin hakimi təyin edilmişdir.

Faciəmiz odur ki, Leyla Talıbovanın hal-hazırda 13 illik hakimlik stajı olmasına baxmayaraq, deməzdim, hüquq elmindən tam xəbərsizdir. Deyərdim ki, yarımçıqdır. Müdriklər isə demişdir, “dad yarımçıq əlindən”. Ümumilikdə isə götürsək, bü kimi hakimlərin Helmi və Elmi yox dərəcəsindədir.

Leyla Talıbova, gorünür, 10 illik orta məktəbi də əla oxumamışdır. 24 ildən (10 üstəgəl 14 il) sonra birbaşa Xətai rayon Məhkəməsində hakim fəaliyyətinə başlamaqla hüquq öyrənməyə başlayan Leyla Talıbovanın çıxardığı qərarları, yazdıqlarını nə özü oxuya bilir, nə katibi, nə də mənim kimi vətəndaşlar.

Görəsən, bunu Leyla Talıbovanın ŞƏXSİ İŞİNİ Prezidentə təqdim edən şəxs  və səsçoxluğu ilə vəzifəyə təyin edilməsi barədə qərar qəbul edən Milli Məclisin sədri və deputatları bilmirlərmi? Faktlar deməyə əsas verir ki, Leyla Talıbova  imtahan verib hakimliyə keçə bilməzdi. Faktlar, subutlar onu deməyə əsas verir ki, Leyla Talıbovanın hakim təyin edilməsində korrupsiya amıli vardır.

Bu kimi onlarla, yüzlərlə faktlar subut edir ki, MİLLİ MƏCLİSİN  DEPUTARLARI  YA SAVADSIZLIQDAN, YA VƏZİFƏ SƏLAHİYYƏTLƏRİNİNİ  BİLMƏMƏKDƏN, YA DA BİLƏRƏKDƏN  PREZİDENTİ ALDADIRLAR...

Böyükağa ABDULLAYEV,

Maliyyə, təsərrüfat fəaliyyətinin təhlili üzrə

iqtisadçı-ekspert

Redaksiyadan: Yazıda adları qedy olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR