Saat:06:37
Haqqımızda

Lerikin bu kəndi Zəfər bayramına hazırlaşır - KƏNDLİLƏR ÖZ HESABLARINA "ZƏFƏR PARKI" KOMLPEKSİNİ TİKİR

2021-10-19 16:05:00

Lerikin bu kəndi Zəfər bayramına hazırlaşır - KƏNDLİLƏR ÖZ HESABLARINA

Lerik rayonun Peşətətük kəndinin sakinləri Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə "Zəfər Parkı" kompleksinin açılışına hazırlaşırlar. Belə ki, kənd sakini Eldost Ağaverdiyevin təşəbbüsü ilə həyata keçirilən layihənin tikintisində kənd sakinləri iştirak edir.  Layihə yerli sakinlərin maddi dəstəyi ilə həyata keçirilir.

Layihə rəhbəri Eldost Ağaverdiyev "Hurriyyet.az"a deyib ki, "Zəfər Parkı" kompleksinin tikintisi kənd sakinlərinin maddi dəstəyi ilə həyata keçirilir:

"Layihənin rəhbəri mənəm. Memari Rahib Əbilovdur. Kompleksdə kənd sovetliyinin 13 şəhidinin şəkilləri olacaq. Ümumilikdə isə Lerik rayonunun 221 şəhidinin siyahısı lövhədə yer alacaq. Eyni zamanda park kompleksində bulaq və bayraq meydanı olacaq. Sakinlərin istirahəti üçün oturacaqlar da yerləşdiriləcək. Bundan əlavə ərazi yaşıllıq örtüyü ilə əhatə olunacaq.  Hazırda işin 60-70 faizi tikilib. Ayın sonuna işi tam yekunlaşdıracayıq. Noyabrın 8-i Zəfər Günündə isə parkın rəsmi açılışı olacaq".

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR