Saat:18:22
Haqqımızda

Lerikdə yeli məmurlar istədiyi havanı çalır...

2024-09-30 23:37:49

Lerikdə yeli məmurlar istədiyi havanı çalır...

İndi Lerikin dağ kəndlərində acınacaqlı bir durum yaşanır. Lap açığını desək, yerli məmurlar onlara verilən səlahiyyətlərdən istifadə edərək istədiyi vaxt dövlətin qanunlarını poza bilirlər. Nəticədə Tanrının bəxş etdiyi  ömür  payını yaşamaqdan ötrü zalımın zülmündən asılı vəziyyətə düşən kəndli  cəhənnəm  əzabına dözmək məcburiyyətində qalır. 

Qısa şəkildə desək, atıq bu dağ rayonunda özünə güvənib  kəndlini adam yerinə qoyan məmur yoxdur. Nəticədə gözdən uzaq kəndlərdə qalaq-qalaq yığılıb qalmış sosial problemlər viranəlikdən başqa bir şey deyildir.  Rayonda vəzifə tutanlar daha çox var-dövlət toplamaq  üçün yalan uydurub xalqda ölkə başçısına olan inamı öldürməyi yaxşı bacarırlar. Qaldı ki, Azərbaycanın Prezidenti  İlham Əliyev çox sədaqətli, etibarlı, qüdrətli, öz idarəçilik bacarığı ilə bütün dünyanı heyrətə  salan dahi  bir rəhbərdir. O, yorulmadan çalışır ki, onun ölkəsi daim tərəqqi etsin,  xalqı həmişə xoşbəxt yaşasın. Və istəyinə apardığı ağıllı, dərin düşüncəyə söykənən siyasəti ilə nail ola bilir.

Lerikin unudulan kəndlərində günbəgün vəziyyət pisləşir.  Bu da elə rəhbər işçilərin əsas istəyidir. Tutduğu kreslolarda rahat oturur, ölkə başçısının rayonun sosial inkişafı üçün ayırdığı  vəsaiti qoxu bilmədən mənimsəyirlər.  Dövlət işçisi kimi, amma əhalidən ötrü heç bir fəaliyyət göstərmədən aldıqları   yüksək “əmək haqqı” da öz yerində. Fəqət, xalqa xidmət etmək məqsədilə vəzifəyə gələnlər bir dəfə belə olsun kəndlini narahat edən problemlərlə  maraqlanmır.  Odur ki,  rayonda kənd həyatı bərbad  haldadır.  Bir də kimin ki, adamı vəzifədədir, o, hökmranlıq edir. Əhalinin çoxu baş götürüb gedir, kəndlər sürətlə boşalır. Bunlara son qoymaq üçün əli hər yerdən üzülən kəndli hazirkı zamanda işıq gələn tərəfi yalnız  öz Prezidentində görür.  

Rayonun əksər kəndlərində təbii qaz yoxdur.  Son vaxtlar bəzi işbazlar yanacaq odunu  da qaldırıblar qızıl qiymətinə.  Kəndlı evini isitməkdən ötrü cəhənnəm əzabını çəkir. Bu  yandan isə ölkəmiz dünyanın çox yerinə qaz ixrac  edir.  Sovetdən qalma elektrik dirəkləri çürüyüb. Məftillərdən sallananı da vardır. Nəticədə tez-tez işıqlar sönür. Bir balaca yağış olanda palçığın əlindən kəndlərin  içinə girmək olmur.  İllərdir rayonda ictimai nəqliyyat fəaliyyət göstərmir. Əhali mərkəzə, eləcə digər bir yerə  getməkdə çətinliyə düşür. Köhnə dövrün mağazaları dağılandan sona camaat gündəlik ərzaqlarını  üç qat bahasına əldə edir. Ölkədə bankomat yarananı  yaşlı adamlar pensiya pullarını aylarla ala bilmirlər. Ümumiyyətlə, sosial problemlərin ucbatından Lerikin çox kəndində yaşamaq qeyri-mümkündür....

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.205606