Lenta.ru-da Putinə qarşı qiyam: Bu gecə nələr baş verib?

2022-05-09 19:51:00

Lenta.ru-da Putinə qarşı qiyam: Bu gecə nələr baş verib?

Lenta.ru saytında prezident Vladimir Putini və Ukraynadakı müharibəni tənqid edən ondan çox material peyda olub. İndi onlar saytdan yoxa çıxsalar da, internet arxivində əsas səhifənin surəti qorunub saxlanılıb.

Bu barədə "Mediazona” məlumat yayıb.

Bunlar "Putin 21-ci əsrin qanlı müharibələrindən birini başlatdı”, "Vladimir Putin yazıq diktator və paranoyaya çevrildi”, "Rusiya elitası qohumbazlıq və yalançılıqdan xəstədir” başlıqlı xəbərlər vəə məqalələr olub.

"Müharibə iqtisadiyyatdakı uğursuzluqları ört-basdır etməyi asanlaşdırır. Putin getməlidir. O, mənasız müharibəyə başladı və Rusiyanı uçuruma aparır”. Onların hamısı "bu material rəhbərliklə razılaşdırılmayıb və onun dərci üçün Prezident Administrasiyası nəşrə "”minəcək” bəyanatı ilə başlayıb.

Məqalələrin postskriptində "İqtisadiyyat” və "Yaşayış yeri” departamentlərinin rəhbəri Yeqor Polyakov və bu şöbələrin redaktoru Aleksandra Miroşnikova məsuliyyəti öz üzərinə götürüblər.

Mediazonanın nəşrdəki mənbəsi artıq dərc olunmuş digər xəbərlərdə mətni əvəz edərək, bunu onların əməkdaşları tərəfindən edildiyini təsdiqləyib.  \\Qaynarinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya