Lənkərandakı polis özbaşınalığına son qoyun! - "HÜRRİYYƏT"DƏN MÜRACİƏT!

2022-05-05 16:53:00

Lənkərandakı polis özbaşınalığına son qoyun! -

Son zamanlar dövlətin gücünü arxasına alıb, vətəndaşları şərləyərək həbs etmək dəb halını alıb. Məqsəd ya istədiklərini özlərinə ram edərək “çalışdırmaq”, mümkün olmadıqda isə həbsə göndərməklə digərlərinə göz dağı verməkdir.

Belə ki, 11 aprel 2022-ci il tarixdə Lənkəran sakini Vüsalə Əliyevanın evinə gələn şəhər polis idarəsinin əməkdaşları onu zorla məhkəməyə aparmaq istəyiblər. Evə basqından qorxuya düşən Vüsalə Əliyevanın azyaşlı qızı Diana mətbəxt bıçağını götürərək intihar edəcəyini bildirib. Özünə xəsarət yetirmək istəyərkən evə daxil olan polis əməkdaşı onun əlindən bıçağı almağa çalışıb və bu zaman bıçaq polis əməkdaşının barmağını yaralayıb.

Elə həmin gün Vüsalə Əliyevaya məhkəmədə, 1 il öncə başqa bir qadına sillə vurduğu iddiası ilə bağlı 20 gün həbs cəzası verilib.

Əsl həngamə də bundan sonra başlayıb. Ananın həbsindən sonra Diana Əliyevaya “polisə vəzifə başında xəsarət yetirmə” maddəsilə cinayət işi başlanılıb. Məqsədsə ortadadır. Polislərin qanunsuz əməlləri ilə bağlı mətbuata material ötürməmək qarantı, yəni ana-balanı qorxutmaqla susdurmaq!

Təssüfedici hal odur ki, polisin qanunsuz əməllərinə Lənkəran rayon prokuroru və hakimi də alət olub.

Ümid edirik ki, istər Kamran Əliyev, istər Vilayət Eyvazov, istərsə də Ramiz Rzayev tabeliklərində olan vəzifəli şəxslərin Ləkaranda vətəndaşların başına açdıqları qanunsuz əməllərinə son qoyacaqlar!

Hurriyyet.az

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya