Saat:08:40
Haqqımızda

Lənkəranda kişi dəstə qurub qohumunun evini qarət etdi (VİDEO)

2024-05-08 19:45:10

Lənkəranda kişi dəstə qurub qohumunun evini qarət etdi (VİDEO)

Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən evlərdən birindən 8000 ABŞ dolları və 930000 rus rublunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub. 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə Bakı şəhərində və Rövşən Nuruşov Saatlı rayonunda saxlanılıblar. 

Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu Rahim Əkbərov verib. Araşdırmalar davam etdirilir.

 

//APA TV

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.176182