Lənkəran yenidən silkələndi
2024-05-11 21:43:30

Lənkəranda yenidən zəlzələ olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata əsasən, saat 17:23-də qeydə alınan yeraltı təkanların maqnitudası 4.4 bala bərabər olub.
Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
