LƏNKƏRAN SAKİNİNİN “HURRİYYET TV”-yə AÇIQLAMASINA DİN-dən REAKSİYA – “Süleyman Məhərrəmova 3 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib”

2022-06-18 00:00:00

LƏNKƏRAN SAKİNİNİN “HURRİYYET TV”-yə AÇIQLAMASINA DİN-dən REAKSİYA – “Süleyman Məhərrəmova 3 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib”

İyunun 5-də Lənkəran sakini Süleyman Məhərrəmovun “Hurriyyet TV”-də rayon polisi ilə bağlı səsləndirdiyi ittihamlara Daxili İşlər Nazirliyindən (DİN) reaksiya verilib. Hurriyyet.az xəbər verir ki, “Məni elə döyürdülər ki, nəinki narkotik, istənilən ölümü belə üstümə götürərdim” sərlövhəli verilişlə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev saytımıza açıqlama verib. Onun mövqeyini olduğu kimi dərc edirik:

“Əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Süleyman Məhərrəmov narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 may 2021-ci il tarixdə saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3,832 qram narkotik vasitə tiryək və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Azərbayvan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə başlanılmış cinayət işinin istintaqı yekunlaşdırılaraq Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə onun cinayət əməli sübuta yetirilib. Beləliklə, məhkəmənin hökmü ilə Süleyman Məhərrəmova 3 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib”.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya