Saat:13:54
Haqqımızda

Lənətlənmiş şeir - Bunu oxuyanlar ölür

2024-01-27 20:21:57

Lənətlənmiş şeir - Bunu oxuyanlar ölür

Yapon yazıçısı Saijo Yasonun 1919-cu ildə yazdığı "Tominonun cəhənnəmi" şeirində onu ucadan oxuyan hər kəsin dəhşətli aqibətlə üzləşəcəyi deyilir.

Hurriyyet.Az sfera.az-a istinadən bildirir ki, bu hekayəni YouTube bloqerləri Gavin Rutaa və Carlos Juico yenidən gündəmə gətirib.

Bu dəhşətli əfsanə haqqında şayiələr sosial şəbəkələrdə yayıldıqdan bəri insanları qorxudub.

"Tominonun Cəhənnəmi" Birinci Dünya Müharibəsi başa çatdıqdan dərhal sonra yazılmış müharibə əleyhinə poemadır. İlk baxışda adi bir əsər kimi görünsə də, guya bunu oxuduqdan sonra insanlar ölür.
"O qədər bu şeirlə bağlı hadisələr olub ki, insanlar düşünürlər ki, əgər bu misraları yüksək səslə desən, ya öləcəksən, ya da bütün ömrün boyu ruhun lənətlənəcək".

Bloqqer iddia edir ki, 1974-cü ildə Tominonun "Cəhənnəm" əsəri əsasında çəkilmiş filmin rejissoru Terayama Şuji filmin kinoteatrlarda nümayişindən bir həftə sonra vəfat edib.
"Kollecdə bir qız var idi ki, dostları ona "bu şeiri ucadan oxu, sənə video çəkəcəyik" deyib. Bir həftə sonra qız öldü".

Şeirin müəyyən dərəcədə təhlükəli olması ilə bağlı şaiyələr yapon yazıçısı və şairi Yamota İnuhikonun 2004-cü ildə yazdığı "Kokoro wa Korogaru Ishi no you ni" ("Daş kimi ürək") kitabında məlumat verdikdən sonra geniş yayılıb:

"Əgər "Tominonun Cəhənnəmi"ni təsadüfən uca səslə oxusan, heç cür qaçması mümkün olmayan dəhşətli tale ilə üzləşəcəksiniz".

Britaniyanın "The Sun" nəşri yazır ki, "Tominonun cəhənnəmi" haqqında ürpədici fərziyyələrin bəzi tərəfdarları hətta 1919-cu ildə "Sakın" kitabında şeiri nəşr etdirən müəllif Saijo Yasonun lənətin ilk qurbanı olduğunu iddia edirlər. Amma əslində şair nəşrdən yarım əsrdən çox sonra, təxminən 1970-ci ildə vəfat edib. Rejissor Terayama Şuji filminin nümayişindən sonra təxminən on il yaşayıb. Kollec tələbəsinin adı isə tarixə ilk düşmüş qurban kimi görünsə də, onun həqiqətən də bu "lənətlənmiş" misranın təsiri ilə ölüb-ölmədiyi də dəqiq məlum deyil.

Nəzərə alsaq ki, "YouTube"da şeirin onlarla səsli qiraət formasında videolarını tapmaq olar, demək ki, şeiri oxuyanların əksəriyyəti hələ də sağdır. Yəni, "Tominonun cəhənnəmi" şeirinin lənətli olması əslində real görünmür. Ancaq yenə də şeirin misraları ürpədici və narahat edicidir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR