Saat:16:03
Haqqımızda

Le Drian Nyu-Yorkda açıqlama verdi: “ABŞ Fransanı məyus etdi, daha ona etibar eləmirik”

2021-09-21 13:05:00

Le Drian Nyu-Yorkda açıqlama verdi: “ABŞ Fransanı məyus etdi, daha ona etibar eləmirik”

“Məsələ razılaşmanın pozulması deyil. Əlbəttə, bu müqavilənin ləğv edilməsi Fransa üçün pisdir. Amma əsl məsələ müttəfiqlərin arasında etibarın itirilməsidir”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Fransanın Xarici İşlər naziri Jan İv Le Drian Avstraliya ilə sualtı qayıq layihəsinin ləğv edilməsi məsələsində ABŞ-ın mövqeyinin “məyusluq” doğurduğunu bildirib.

BMT-nin 76-cı Baş Assambleyasının iclasından əvvəl Nyu-Yorkda mətbuat konfransı keçirən Le Drian sualtı qayıq layihəsi məsələsi ilə bağlı ABŞ ilə Avstraliyanın verdikləri qərarda “müttəfiqlərin arasında məsləhətləşmənin” keçirilmədiyini bildirərək deyib: “Məsələ razılaşmanın ləğv edilməsi deyil. Əlbəttə, bu razılaşmanın ləğv edilməsi Fransa üçün pisdir. Amma əsl məsələ müttəfiqlərin arasında etibarın itirilməsidir”.

Le Drian bu etibarın itirilməsinin avropalıların arasında “müttəfiqlik” və “ortaqlıq” anlayışları barəsində fikirləşməyə səbəb olduğunu bildirib. 

Le Drian Fransanın Avstraliyanın imzaladığı müqaviləni ləğv eləməsini gözləmədiyini bildirib.

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın, ABŞ-ın və Avstraliyanın liderləri ötən həftə yeni hərbi alyansın – AUKUS-un yarandığını bəyan ediblər. Alyans üzvlərinin ilk birgə təşəbbüsü Avstraliya donanması üçün atom sualtı qayıqlarının hazırlanması olub. Bu səbəbdən Kanberra Fransadan sualtı qayıqların alınması ilə bağlı 66 milyard ABŞ dolları (90 milyard Avstraliya dolları) məbləğində müqaviləni ləğv edib.

Fransanın Xarici İşlər naziri Jan İv Le Drian Avstraliyanın bu addımını “arxadan zərbə” adlandırıb. Bu səbəbdən Fransa öz tarixində ilk dəfə Vaşinqton və Kanberradakı səfirlərini geri çağırıb.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR