Saat:19:32
Haqqımızda

“Lazım gəlsə, Rusiya qoşunları Belarusa yeridiləcək” – Lukaşenko Qərbi hədələdi

2021-07-31 12:39:00

“Lazım gəlsə, Rusiya qoşunları Belarusa yeridiləcək” – Lukaşenko Qərbi hədələdi

Belarusun avtoritar başçısı Aleksandr Lukaşenko deyib ki, əgər təhlükəsizlik üçün zəruri olarsa, Belarusa Rusiya qoşunları yeridiləcək.

"Hazırda buna zərurət yoxdur. Bizim kifayət qədər güclü, qabiliyyətli, yığcam silahlı qüvvələrimiz var. Mülki müdafiə qoşunlarını nəzərə almasaq belə, biz qısa müddət altında 500 min nəfəri müsəlləh etməyə qadirik. Bu, böyük qüvvədir. Əgər bu da az olsa, bura Rusiya Federasiyasının qoşunları yeridiləcək. Belə bir şey heç vaxt olmayacaq. Amma əgər lazım gəlsə, bu barədə düşünəcəyik”, - Lukaşenko deyib.

Belarus liderinin fikrincə, Qərblə Şərq arasında yerləşən Belarus hazırda sivilizasiyalar qarşıdurmasının episentrinə düşüb. O, bəyan edib ki, Belarusun sərhədləri boyunca NATO-nun hərbi hücum infrastrukturu cəmləşdirilir.

Lukaşenko iddia edib ki, Belarusun yaxınlığında yeni birləşmə - 18-ci motoatıcı diviziya yaradılır və bu birləşməni Amerikanın Abrahams tankları ilə silahlandıracaqlar: "Gördüyünüz kimi, heç nə dəyişmir. Onlar Böyük Vətən Müharibəsinin başlanmasından heç bir dərs almayıblar. Onlar Brest qalasının nə demək olduğunu deyəsən unudublar”.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Şimal Alyansı son siyasi hadisələrlə bağlı Belarusun Rusiyadan getdikcə artan asılılığından narahatdır. Baş katib bəyan etmişdi ki, Alyans onun hər hansı üzvünə qarşı Minsk və ya Moskvadan qaynaqlanan istənilən təhlükəni dəf etməyə hazırdır. Stoltenberq təhlükənin nədən ibarət olduğunu xırdalamamışdı, amma işarə etmişdi ki, Belarusun öz ərazi bütövlyü təhlükə ilə üzləşə bilər.

Belarusun və Rusiyanın qonşuları – Polşa, Litva və Latviya NATO üzvləri arasında Moskvanı və eləcə də Lukaşenko rejimini daha sərt tənqid edirlər. Onlar insan haqlarını kobud şəkildə pozduğuna görə Belarus rejimi üzərinə ən sərt sanksiyaların qoyulmasına çağırırlar.

Minsk və Moskvanın yaxınlaşmasından Ukrayna da narahatdır.

“AzPolitika.info”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR