Saat:01:32
Haqqımızda

"Layk" cəzası - 500 min Türkiyə lirəsi

2025-11-20 16:20:28

Hurriyyet.az xəbər verir ki, Türkiyə Ali Məhkəməsi boşanma işində kişini təqsirli hesab edib. Sosial şəbəkələrdə özgə qadınların paylaşmalarına "layk" qoyan kişi keçmiş həyat yoldaşına 500 min lirə təzminat və aylıq aliment ödəməlidir. Bu barədə "Habertürk" kanalı məlumat verib.
Kayseri şəhərində qadın ərini məhkəməyə verib.
Xəbərdə deyilir: "Qadın ərinin onu alçaltdığını, sosial şəbəkələrdə başqa qadınların fotolarını "layk" etdiyini və ona sadiq olmadığını iddia edib. Ali məhkəmə Kayseri məhkəməsinin qərarını təsdiqləyərək kişini təqsirli hesab edib. Məhkəmənin qərarı ilə ər öz keçmiş arvadına 500 min lirə təzminat və ayda 5 min lirə kompensasiya ödəyəcək".
Hürr Tərcüman