Saat:05:01
Haqqımızda

Lavrovun SİRLƏRİ: 13,6 milyard dollarlıq sərvət, korrupsiya və məşuqə... - FOTOLAR

2021-09-19 00:14:00

Lavrovun SİRLƏRİ: 13,6 milyard dollarlıq sərvət, korrupsiya və məşuqə... - FOTOLAR

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov haqqında yayılan məlumatlar tək öz ölkəsində deyil, digər ölkələrdə də böyük əks səda doğurub.

Rusiyalı müxalifətçi, hazırda həbsdə olan Aleksey Navalnının araşdırmaçı komandası Sergey Lavrovun məşuqəsi üçün dövət imkanlarından istifadə etdiyini, onunla tez-tez yüksək məbləğə başa gələn turlara çıxdığını bildirir.

Araşdırmada Rusiya Xarici İşlər Nazirliyindəki korrupsiya iddiasında Lavrova qarşı ciddi ittihamlar irəli sürülür.

İddiaya görə, Lavrov milyonçu məşuqəsini diplomatik missiya adı ilə 60 dəfədən çox xaricə göndərib. Hətta Lavrov onunla birlikdə Fransa, İtaliya, İsveçrə, Yaponiya, Sinqapur, Portuqaliya və Yunanıstanı gəzib.

Sergey Lavrovun məşuqəsi kimi təqdim edilən Svetlana Polyakovanın Rusiya Xarici İşlər Nazirliyinin təyyarəsindən tez-tez istifadə etdiyi bildirilir.

Araşdırmaçıların iddiasına görə, restoran sahibi olan və bir müddətdir ki, Xarici İşlər Nazirliyində işləyən Polyakova uzun müddətdir Lavrovla yaxınlıq edir.

Onların "diplomatik səyahətləri bəhanə edərək" gəzintilərin çoxunda lüks yaxtalar kirayələdiyi, hətta oliqarx Oleq Deripskanın sahibi olduğu bir yaxtanı icarəyə götürdükləri bildirilir.

Eyni zamanda Lavrovun Polyakovanın ailəsindən və dostlarından bəzi şəxsləri Rusiya Xarici İşlər Nazirliyində, habelə dövlətin digər strukturlarında işlə təmin etdiyi də verilən məlumatlar sırasındadır.

"Yaxtalar, rüşvət və məşuqə" başlıqlı araşdırmada bəzi hökumət rəsmilərinin Polyakovanı Lavrovun qanuni xanımı saydıqları da ifadə edilir. Polyakovanın Xarici İşlər Nazirliyində önəmli və sanballı yeri olduğu, onunla "düz gəlməyən" diplomatların işdən azad edildiyi haqda xəbərlər ciddi əks-səda doğurub.

Araşdırmada Polyakovanın Rusiya və Birləşmiş Krallıqda 13,6 milyard dollarlıq fövqəladə sərvəti və ailəsinin sahib olduğu mülklər də ortaya çıxarılır. Lavrovun məşuqəsinin 545 min dollarlıq lüks avtomobikllərə sahib olduğuna xüsusi diqqət yönəldilir.

Polyakovanın 26 yaşlı qızı Polinanın "Instagram" hesabından daimi lüks yaşam tərzinə dair fotolar və videoların ortaya qoyulmasından dərhal sonra 26 yaşlı gənc qız hesabını silərək sosial şəbəkələrdən "yoxa" çıxıb.

Bu ciddi ittihamlara hələlik rəsmi qurumlar reaksiya verməyib. //reyting.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR