Lavrovun nüvə təhdidinin səbəbi - Podolyak

2022-04-26 13:23:00

Lavrovun nüvə təhdidinin səbəbi - Podolyak

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nüvə silahından istifadə ilə bağlı təhdidi sivilizasiya uçurumudur.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Dünyanın bir tərəfində İlon Mask kosmosa raket göndərir, Tvitteri satın alır, okeanın bu tayında isə rusiyalı nazir dünyanı nüvə müharibəsi ilə hədələyir, sosial şəbəkələrə senzura tətbiq olunur. Bu, sivilizasiya uçurumudur”, - Podolyak bildirib.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov yerli kanalların birinə müsahibəsində nüvə müharibəsi təhlükəsinin real olduğunu bildirib. O, həmçinin Qərbi sülh danışıqlarını dayandırmaqda ittiham edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya