Lavrovun İndoneziyada xəstəxanaya düşdüyü deyilir, RF XİN xəbəri təkzib edir

2022-11-14 18:43:00

Lavrovun İndoneziyada xəstəxanaya düşdüyü deyilir, RF XİN xəbəri təkzib edir

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun G-20 sammitində iştirak üçün İndoneziyaya çatdıqdan sonra sağlamlığında yaranmış problemlər səbəbindən xəstəxanaya çatdırıldığı bildirilir.

“Yevropeyskaya Pravda” nəşrinin yazdığına görə, bu xəbəri İndoneziya hökumətindəki mənbələrə istinadla “Associated Press” agentliyi verib.

İndoneziyanın üç nəfər hökumət və səhiyyə məmuru agentliyə Lavrovun Bali adasındakı xəstəxanaya çatdırıldığını xəbər veriblər. Onlardan ikisi Lavrovun ürək xəstəliyindən müalicə edildiyini söyləyiblər.

Rəsmi şəxslər rusiyalı diplomatın Denpesar əyalətindəki Sanql xəstəxanayasına çatdırıldığını bildiriblər. Məsələ ilə bağlı açıqlama vermək üçün Rusiya səfirliyindən açıqlama almaq mümkün olmayıb.

RF XİN mətuat katibi Mariya Zaxarova Lavrovun xəstəliyi ilə bağlı informasiyanı təkzib edib.

Zaxarova Teleqram kanalında yazıb: “Biz burada İndoneziyada Sergey Viktoroviçlə xəbərləri oxuyuruq və gözlərimizə inanmırıq. Sən demə, onu xəstəxanaya aparıblar. Bu, artıq feyklərin yüksək pilotajıdır”.

Xəbər verdiyimiz kimi, Lavrov sabah başlanacaq G-20 sammitində Rusiyanı təmsil edir. RF Prezidenti Vladimir Putin Ukraynaya təcavüzdən sonra dünya liderləri tərəfindən tənqid edildiyinə görə, sammitdə iştirakdan imtina edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.146277