Lavrovun gəlişindən öncə Treysinin gizli görüşü

2022-06-10 10:14:00

Lavrovun gəlişindən öncə Treysinin gizli görüşü

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi XİN rəhbərləri Ararat Mirzoyanla Sergey Lavrovun görüşündən öncə şəxsi təşəbbüsü ilə Ermənistan Xarici İşlər Nazirliyinə gedib.

Hurriyyet.az xəbər verir ki, bu barədə erməni politoloq Qriqor Balasanyan məlumat yayıb.

O qeyd edib ki, amerikalı səfir erməni tərəfinin nümayəndələrinə “son mesajları” verməyə çalışıb:

“Ola bilsin ki, bunu Vaşinqton diktə edib və buna görə də Mirzoyan-Lavrov görüşündən əvvəl amerikalı diplomat müəyyən korrektələr etməyə və erməni tərəfinin nümayəndələrinə “son sözləri” deməyə çalışıb.

Lavrovun mətbuat konfransındakı bəyanatlarına əsaslanaraq Balasanyan bu təşəbbüsün uğurlu olmadığını etiraf edir:

“Lavrov və Mirzoyanın birgə mətbuat konfransına əsasən, ABŞ-ı narahat edən məsələlər var ki, çox güman ki, Amerika tərəfi bundan son anda xəbərdar olub. Məhz buna görə də ABŞ-ın Ermənistandakı səfiri tələsik Xarici İşlər Nazirliyinə gedib, anlamadığı suallara yerindəcə cavab almağa çalışıb”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya