Lavrovun bu ölkəyə girişi qadağan olundu

2022-11-21 14:47:00

Lavrovun bu ölkəyə girişi qadağan olundu

Polşa Xarici İşlər Nazirliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkəyə girişinə icazə vermədiyini təsdiqləyib.

Hurriyyet.az xəbər verir ki, o, dekabrın 1-2-də Lodzda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirak etməli idi.

“Fikrimizcə, Rusiya bütün beynəlxalq platformalarda mümkün qədər tamamilə təcrid olunmalıdır. Bu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, yəni Avropanın təhlükəsiz olması vacib olan ölkələrin toplantısıdır və Rusiya ona qarşı çıxır, onun bütün təşkilata tamamilə zidd olan maraqları var", - Polşanın xarici işlər naziri Yablonski bildirib. 

Bundan başqa, Rusiya parlamentarilərinə ATƏT PA-nın noyabrın 24-26-da Varşavada keçiriləcək payız sessiyasında iştirak etmək üçün viza verilməyib.

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.147515