Saat:08:28
Haqqımızda

Lavrovun Bakı haqda sözləri İrəvanda səs-küy yaratdı: "Bizə tələ qurub"

2024-01-31 14:28:02

Lavrovun Bakı haqda sözləri İrəvanda səs-küy yaratdı:

“Azərbaycanın güclü müttəfiqləri var. Türkiyə və Rusiya ilə sıx əməkdaşlıq edirlər. Biz Türkiyə ilə döyüşə bilmirik, amma onlar hər şeyi diktə edir. Bu o demək deyil ki, biz onların diktə etdiyi hər şeyi qəbul edib və qaçıb onu yerinə yetirməliyik. Ona görə də biz çevik siyasət aparmalıyıq”.

Hurriyyet.az xəbər verir ki, bunu erməni deputat Qaqik Melkonyan deyib.

İrəvanın heç bir qarşılığı olmadan minalanmış ərazilərin xəritəsinin verilməsi ilə bağlı sualı cavablandıran Melkonyan deyib ki, bu siyasi ticarətdir: "Biz şərtləri qəbul edib normal ticarət aparmalıyıq. Ticarətimizin uğurlu olduğunu başa düşmək üçün bərabər şeyləri mübadilə etməliyik".

Rusiya XİN başçısı Lavrovun Bakıdan fərqli olaraq İrəvanın Rusiya platformasında sülh müqaviləsi imzalamağa razı olmadığı ilə bəyanatını şərh edən Melkonyan deyib ki, onun çıxışlarını Rusiya rəsmisi kimi qəbul etmir: "O danışanda mənə elə gəlir ki, danışan Azərbaycan xarici işlər naziridir. Azərbaycanı hərtərəfli dəstəkləyir. Yenə bizi Rusiyaya tərəf çəkir, bizə tələlər qurub. Yenidən tələyə düşəcək. Deyir: Azərbaycan razıdır, sən niyə razı deyilsən?”

olke.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.169322