Lavrovun açıqlamasından çox əşyaları müzakirə olundu - Video

2022-11-16 15:29:00

Lavrovun açıqlamasından çox əşyaları müzakirə olundu - Video

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl dünya mediasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Balidə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılıb. Bunun ardınca isə, Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova öz teleqram kanalında Lavrovun hoteldən görüntülərini paylaşıb. Lavrov sözügüdən videoda xəstəxanada olması ilə bağlı məlumatları təkzib edib və sammitə hazırlaşdığını qeyd edib.

Hurriyyet.az-ın məlumatına görə, Lavrovun hoteldən görüntüləri ilk baxışda normal qarşılansa da, sosial şəbəkələrdə bir çoxları rusiyalı nazirin geyiminə və istifadə etdiyi elektronika cihazlarına diqqət yetirib.

Belə ki, istifadəçilər Qərb dövlətlərinin kəskin tənqidçisi olan Sergey Lavrovun telefonunun və saatının ABŞ-nin “Apple” şirkətinə məxsus olmasına görə siyasətçini tənqid ediblər.

Bununla yanaşı, Lavrovun geyiminin üzərindəki təsvir və “Basquiat” yazısı da geniş müzakirə olunub. Belə ki, nazirin geyiminin üzərində həddindən artıq narkotik qəbul etdiyinə görə dünyasını dəyişən amerikalı rəssam Jan-Mişel Baskiyanın əsəri və soyadı yer alıb.

Lavrovun yalnız bir görüntüdə bu qədər çox Qərb məhsullarından istifadə etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Digərlərini düşündürən sual isə, Lavrovun planlı şəkildə videoda çox sayda xarici məhsullardan istifadə edib-etmədiyi ilə bağlıdır. 

Mariya Zaxarova isə bu tənqidlər fonunda yalnızca qeyd edib ki, Lavrovun saatı “Apple” markasına deyil, adını açıqlamadığı başqa istehsalçıya məxsusdur. (qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.173338