Lavrovla Mirzoyan TELEFONLA DANIŞDI

2021-11-24 19:41:00

Lavrovla Mirzoyan TELEFONLA DANIŞDI

Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan - Ermənistan sərhədindəki son vəziyyəti müzakirə ediblər. Lavrov və Mirzoyan həmçinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvarda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin imzaladığı üçtərəfli bəyanatlarda göstərilən öhdəliklərin yerinə yertirilməsi istiqamətində görülən işlər barədə də fikir mübadiləsi aparıblar. \\Pravda.az