Saat:16:32
Haqqımızda

Lavrovla görüşdən gözləntilərim yoxdur - Blinken

2022-01-21 14:07:00

Lavrovla görüşdən gözləntilərim yoxdur - Blinken

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Cenevrədə keçiriləcək görüşdən böyük gözləntilərim yoxdur.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

O qeyd edib ki, son vaxtlar Rusiya ilə bir çox intensiv danışıqlar aparılıb, onların iştirakçıları məsləhətləşmələrin nəticələrini müzakirə etmək imkanı əldə ediblər:

“Ümid edirəm ki, bu görüşdə biz Rusiyanın həqiqətən də fikir ayrılıqlarının dialoq və diplomatiya yolu ilə həllində maraqlı olub-olmadığını öyrənəcəyik”.

Qeyd edək ki, bu gün keçiriləcək görüşə görə Blinken və Lavrov artıq dünəndən Cevevrədədirlər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR