Lavrovla Ceyhun Bayramov mətbuat konfransı keçirdi - Video
2023-02-28 13:47:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun birgə mətbuat konfransı keçirilir.
Hurriyyet.az xəbər verir ki, nazirlər jurnalistlərin suallarını cavablandırırlar.
Qeyd edək ki, Sergey Lavrov fevralın 27-də Bakıya gəlib. O, Prezident İlham Əliyevlə görüşüb.
***
Azərbaycan Ermənistan tərəfi ilə növbəti görüşü Moskvada keçirməyə hazır olduğunu bildirib.
Bunu bu gün Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakıdan razılaşma alınıb, Ermənistan tərəfi isə bundan imtina etmir, amma dəqiq mövqe də bildirməyib.
qafqazinfo.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya