Saat:00:54
Haqqımızda

Lavrovdan Azərbaycan açıqlaması: “Başqa yolunuz yoxdur...”

2024-09-02 16:19:46

Lavrovdan Azərbaycan açıqlaması: “Başqa yolunuz yoxdur...”

Əgər Ermənistan hakimiyyəti məsələlərin həlli üçün Rusiyanın iştirakı olmadan Azərbaycanla birbaşa danışıqlar aparmaq istəyirsə, o zaman buyursun.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Həmçinin 2020-2022-ci illərdə Azərbaycan, Rusiya və Ermənistanın bir neçə görüşdə imzalanmış üçtərəfli sazişlərin də iflasa uğramasından narahatıq. Mən artıq nəqliyyat əlaqəsinin (Zəngəzur dəhlizi – red.) bərpasından danışdım, bununla məşğul olan üçtərəfli komissiyanı da qeyd etdim, amma o, artıq praktiki olaraq görüşmür. İrəvan hesab edir ki, bunu birbaşa Azərbaycanla etmək lazımdır, amma uğurludursa, Allah xatirinə, buyurun”, - rusiyalı nazir bildirib.

Lavrov həmçinin qeyd edib ki, Rusiya dövlət sərhədinin delimitasiyası ilə bağlı bu prosesin iştirakçıları ilə məsləhətləşməli olsa da, bu, baş vermir:

“Xeyr, istəmirlər, eyni zamanda daima Qərb, ABŞ, Avropa İttifaqı və Parisi cəlb etməyə və hər hansı bir prosesə onların himayədarlığını təmin etməyə çalışırlar (Ermənistanı nəzərdə tutur – red.). Bu, onların seçimidir, amma onlar ilk növbədə azərbaycanlı qonşuları ilə danışıqlar aparmalıdırlar. Başqa yol yoxdur”./Teleqraf.com/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.188967