Lavrova erməni müxalifətinin yalvarışı ona kömək etməyəcək, İrəvan Moskvadan umduğunu ala bilməyəcək...

2022-06-09 12:10:00

Lavrova erməni müxalifətinin yalvarışı ona kömək etməyəcək, İrəvan Moskvadan umduğunu ala bilməyəcək...

Məlum olduğu kimi, Rusiyanın XİN rəhbəri S.Lavrov Türkiyədə dünənki görüşünün ardınca İrəvana səfər edib. Bu dəqiqələrdə Ermənistan XIN naziri Ararat Mirzoyan bir gün əvvəl İrəvana gələn rusiyalı həmkarı Sergey Lavrovla görüşür. Fürsətdən istifadə edən müxalifətçi “Müqavimət Hərəkatı” bu gün Ermənistan XIN binası qarşısında aksiya keçirir.
Müxalifət liderlərinin və onları dəstəkləyən vətəndaşların yürüşü Fransa meydanından başlayıb və XİN-nin və bir sıra digər nazirliklərin yerləşdiyi 2 saylı hökumət binasına çatıb. Hərəkat liderlərindən biri, Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan auditoriya qarşısında çıxış edərək bildirib ki, nümayişçilər bu gün XİN binasını mühasirəyə almaq fikrində deyillər. Aksiya iştirakçıları Sayat-Nova prospekti ilə addımlayaraq əllərində “Yeni kapitulyasiya olmayacaq!”, “Nikol bizi təmsil etmir” və Azərbaycana qarşı ərazi iddiaları əks olunan plakatları tutublar.
“Ermənistan” müxalifət fraksiyasının katibi Hayk Mamicanyan fürsətdən istifadə edərək Rusiyaya öz sarsaq iddialarını dəstəkləməsi üçün çağırış edib: 
“Biz gözləyirik ki, Rusiya ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin xalqların öz müqəddəratını təyinetmə prinsipi, gücdən istifadənin və güc tətbiqinin istisna edilməsi prinsipi əsasında həllinə əsaslanan beş bəyanatına əməl etməyə sadiq qalacaq. Biz sizdən-Rusiyadan yalnız o vaxt razılaşdığımız şeyi gözləyirik”, deyə Mamicanyan vurğulayıb.

P.S. Görünür mifik miatsumun xülyaya çevrildiyini görən hazrkı erməni müxalifəti əlinin heç nəyə çatmadığını dərk etdiyindən yalvarış ritorikasına keçir və ənənəvi himayədarı Rusiyanın qarşısında diz çökməyin onu xilas edəcəyini düşünür. Amma beynəlxalq müstəvidə təklənən və Ankara ilə zorakı əməkdaşlığa məcbur qalan Moskvanın Türkiyənin prioriteti olan Qarabağ məsələsində narazılığına səbəb olmaqdansa İrəvanı qurban verəcəyini anlamır. İrəvan bu dəfə Moskvadan umduğunu ala bilməyəcək. 
Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya