Lavrov və Mirzoyan İrəvanla Bakı arasında sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər

2022-09-05 23:00:00

Lavrov və Mirzoyan İrəvanla Bakı arasında sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan və Bakı arasında sülh müqaviləsi parametrlərinin işlənməsi kontekstində gələcək addımları müzakirə ediblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

“Diqqət regional məsələlərə yönəlib. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərinin hərtərəfli həyata keçirilməsinə dair öhdəlik bir daha təsdiqlənib. Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, işlərin görülməsi kontekstində gələcək addımlar, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması müzakirə edilib”, - Rusiyanın xarici siyasət idarəsinin xəbərində deyilir. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.065142