Lavrov ümidvardır: Naxçıvanla dəmir yolu əlaqəsi açılacaq

2023-02-28 15:58:00

Lavrov ümidvardır: Naxçıvanla dəmir yolu əlaqəsi açılacaq

“Moskva ümid edir ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri tezliklə Azərbaycan və Naxçıvan arasında dəmir yolu əlaqəsi ilə bağlı konkret razılıq əldə edə biləcəklər”.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib: “Biz Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılması üzrə danışıqlar prosesi haqqında söhbətləşdik. Ümid edirik ki, yaxın gələcəkdə Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri müvafiq üçtərəfli işçi qrupun həmsədrləri kimi, tezliklə Azərbaycan və Naxçıvan arasında dəmir yolu əlaqəsi ilə bağlı konkret razılıq əldə edə biləcəklər”. (yenisabah)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.123687