Lavrov Ukraynaya Rusiyanı vura biləcək silahlar verməmək barədə xəbərdarlıq edib

2022-05-26 22:47:00

Lavrov Ukraynaya Rusiyanı vura biləcək silahlar verməmək barədə xəbərdarlıq edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya ölkəsini vura biləcək silahlar verməmək barədə xəbərdarlıq edib.

Bu barədə nazir "RT Arabic" telekanalına müsahibəsində bildirib.

"Rusiyanın ərazisinə zərbələr endirməyə qadir olan silahların tədarükü qəbuledilməz eskalasiyaya doğru bir addım olacaq, ümid edirik ki, Qərbdəki sağlam qüvvələr bunu başa düşəcəklər", - Sergey Lavrov deyib.

Nazir vurğulayıb ki, Zelenski açıq şəkildə bu cür silahları tələb edir. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya